Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixə şahidlik edirik: hərbi qənimətlər Azadlıq meydanına gətirilir - Video
Tarixə şahidlik edirik: hərbi qənimətlər Azadlıq meydanına gətirilir - Video

Ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində Azərbaycan ordusunun düşməndən götürdüyü hərbi qənimət Azadlıq meydanına gətirilir.

Bizimyol.info xəbər verir ki, düşmənin texnikaları dekabr ayının 10-da Bakı şəhərinin Azadlıq meydanında keçiriləcək Qələbə paradında nümayiş etdiriləcəyi gözlənilir.

Döyüş əməliyyatları zamanı fərqlənən hərbi qulluqçuların da bir qismi paradda keçid edəcəklər.

Paradda həmçinin Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında olan bir sıra silah və texnika, pilotsuz uçuş aparatlarının nümunələri və aviasiya vasitələri nümayiş olunacaq.

Hal-hazırda hərbi paradın hazırlıq məşqləri davam edir.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »