Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış gitaraçı Nofəl Süleymanovun ölümü ilə bağlı oğlunun məhkəməsi başlayır
Məhkəmə

Tanınmış gitaraçı Nofəl Süleymanovu ehtiyatsızlıqdan öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlu Şövqü Süleymanov barəsindəki cinayət işinin istintaqı başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rauf Əhmədovun icraatına verilib.

Qeyd edək ki, Nizami rayon Prokurorluğunun yaydığı məlumata görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Nizami rayon prokurorluğu tərəfindən Ş.Süleymanov barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham olunur.(apa)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Açıq-gizli Şuşa mesajları
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
Son xəbərlər
Bütün xəbərlər »