Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruhi Əliyeva qazinin bütün xərclərini öz üzərinə götürdü
Ruhi Əliyeva qazinin bütün xərclərini öz üzərinə götürdü

Vətən uğrunda döyüşlərdə iştirak edərək ağır yaralanan 20 yaşlı qazimiz Elçin Səmədovun müalicəsi üçün sosial şəbəkələrdə yardım aksiyaları başladılıb. Hər kəs igid vətən oğlu üçün əlindən gələni etməyə çalışır. Həkimlər 20 yaşlı Elçinin ailəsinə bildirib ki, ürəyində qəlpə var və əməliyyatı çox ağır çəticələnə bilər. Gənc qəhrəmanın görüntülərini izlədikdə göz yaşlarını saxlamaq mümkün olmur.

Bizimyol.info xəbər verir ki, Elçinin görüntülərini izləyən tanınmış iş adamı Ruhi Əliyeva qazimizin bütün əməliyyat xərclərini öz üzərinə götürəcəyini bildirib.

“Bu gün onun çox məsum, həm də olduqca qürurlu və fəxrli çöhrəsini gördüm. Dəfələrlə onun görüntülərinə baxıb, bu igid balamız üçün nə edə bilərəm deyə düşündüm. Onun ürəyinə yaxın məsafədə qəlpə olduğunu, nitqində, görməsi və eşitməsində problemlər yarandığını öyrəndim. Sonra da çətinliklə ifadə etdiyi cümlələri dəfələlərlə göz yaşlarına boğularaq dinlədim. Məni məndən alan bu mənzərəni izləyib dərhal gözəl çöhrəli, böyük ürəkli, Vətən sevdalısı Qəbələdən olan 20 yaşlı qazimiz Elçin Səmədovun anası Vüsalə xanımla əlaqə yaratdım. Elçinin tez bir zamanda sağlamlığına qovuşması üçün lazım olan bütün addımları atmaq arzusunda olduğumu qəhrəman balamızın anasına çatdırdım. Dərhal sabah arxalarınca Qəbələyə maşın göndərəcəyimi və Elçin balamızın anası ilə birgə Bakıya gətirmək istəyində olduğumu Vüsalə xanıma dedim. Vüsalə xanım, bazar ertəsi gününə qədər gözləməyin vacibliyini bildirərək, Elçinin Papanində yerləşən Hərbi Hospitala gətirilərək yoxlanılacağı və yalnız bundan sonra mənə hansı addımı atacağım barədə məlumat verəcəyini bildirdi. Elçinin sağlamlığına qovuşması üçün mən Ruhi Əliyeva əlimdən gələni etməyə hazıram və bu arzumu artıq Elçinin anası Vüsalə xanıma bildirmişəm. Elçinin əməliyyatı və müalicəsi ilə bağlı şərəfli missiyanı mən öz üzərimə almaqdan qürur duyuram”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »