Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Qarabağda torpaqlara mülkiyyət hüququ verilməməlidir...
Ekspert: Qarabağda torpaqlara  mülkiyyət hüququ verilməməlidir...

Əmlak eksperti MilliTribuna.az saytının baş redaktoru Elnur Fərzəliyev işğaldan azad olunmuş ərazilərimizlə bağlı 3 təklif irəli sürüb.

Bizimyol.info-ya açıqlama verən ekspert Qarabada torpaqların yalnız dövlət mülkiyyətində qalmasını təklif edir və bunu ərazidə ermənilərin də yaşaması ilə əsaslandırır.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

Ekspert ilk növbədə bir neçə kiçik kəndin bir inzibati idarəçilikdə birləşdirilməsini təklif edir.O qeyd edib ki, bu işğaldan azad edilmiş torpaqlarımızın abadlaşdırılmasında 30 faiz qənaətə imkan verə bilər.

Birincisi, işğaldan azad olunmuş rayonlarımızdakı kəndlərə nəzər salsaq, işğaldan əvvəl əksər kəndlərdə əhali və mənzil sayı minimal idi. Bəzi kəndlər hətta 30-40 fərdi həyət evlərindən ibarət olub. Həmin kəndlərin hər birini yenidən qurmaq, orada yeni orta məktəb, uşaq bağçası, tibb məntəqəsi tikmək, yeni yolların çəkilməsi, qaz, su, işıq və digər kommunikasiyaların qoşulması büdcədən külli miqdarda pulların ayrılması deməkdir. Bu baxımdan hər 5-6 kiçik kəndləri birləşdirərək qəsəbələr yaxud böyük kəndlər salmaqla, həmin xərcləri minimuma endirmək olar. Böyük qəsəbələr insan sıxlığı deməkdir. Bu isə həmin ərazilərdə ticarət sektorunun inkişafı və müxtəlif sayda yeni iş yerlərinin açılmasına səbəb ola bilər. İrəli sürdüyüm təklif bütün azad olunmuş ərazilərimizdə kütləvi surətdə reallaşarsa, həmin ərazilərin bərpası üçün nəzərə tutulan xərclərə 30 faizə qədər qənaət ediləcək.

İkincisi, həmin kiçik kəndləri birləşdirməklə ölkəmiz başqa sahələrdən də gəlir əldə edə bilər. Azərbaycanın kənd təsərrüfatı sahəsinə nəzər salsaq, ümumi vəziyyət elə də ürəkaçan deyil. Ölkəmizdə meyvə-tərəvəzlərin, ət və ət məhsullarının qiymətlərinin nisbətən baha olmasının səbəbi bu sahələrin inkişafı üçün faydalı ərazilərin məhdud olmasıdır. Buna görə də sözügedən ərazilərdə heyvandarlığın inkişafı üçün yeni otlaq sahələri və geniş fermer təsərrüfatları salınarsa, bu, otun qiymətinin aşağı düşməsinə və eyni zamanda ətin qiymətinin nisbətən ucuzlaşmasına səbəb ola bilər. Həmçinin digər meyvə-tərəvəz təsərrüfatlarının, taxıl və digər dənli bitkilərin əkin sahələrinin genişləndirilməsi də məhsul bolluğuna və qiymətlərin stabilləşməsinə gətirib çıxara bilər”.

Əmlak məsələləri üzrə ekspert heab edir ki, işğaldan azad edilən torpaqlar mütləq şəkildə dövlətin mülkiyyətində qalmalı, vətəndaşa müvəqqəti istifadəyə verilməlidir. Nəzərə almalıyıq ki, ərazidə erməni əsilli Azərbaycan vətəndaşları da yaşayacaq.

"Üçüncüsü, həmin ərazilərdəki torpaq sahələrinin bölünməsi ilə bağlı vəziyyət əsas amillərdəndir. Biz zamanla şahidi olduq ki, vətəndaşlara verilmiş torpaq sahələri (əkin və digər kənd təsərrüfatı təyinatlı) digər vətəndaşlara satılaraq fərqli təyinatlar üzrə istifadə olundu. Bu səbəbdən də həm kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin əraziləri kiçilməyə başladı, həm də həmin təyinatlı torpaqları alıb digər məqsədlər üçün istifadə edən vətəndaşlar sənədləşmə proseslərində ciddi problemlərlə üzləşdilər. Artıq uzun illərdir ki, bu sahədəki boşluqlardan dolayı yaranan problemlər öz həllini tapa bilmir. Bu cür problemlərin gələcəkdə də həmin ərazilərdə yaşanmaması üçün işğaldan azad olunan ərazilərdə heç bir halda torpaq sahələrinin satılmasına yol verilməməlidir. Vətəndaşların mənzillərinə mülkiyyət hüququ verilərək çıxarışla təmin olunmalıdırlar. Lakin heç bir halda torpaq sahələrinə mülkiyyət hüquqları verilməməlidir. Bütün torpaqlar dövlətin ehtiyat fonduna keçirilərək vətəndaşlara müvəqqəti istifadə hüququ ilə verilə bilər. Bu qanun halına salınarsa, təkcə yenidən inşa olunacaq ərazilər üçün deyil, həmçinin Xankəndi və ermənilərin yaşaya biləcəkləri digər əraziləri də özündə birləşdirməlidir. O torpaqların dövlət balansında olması gələcəkdə kimlərəsə satılmayacağının qarantisi ola bilər”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »