Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərin süni say artımı və yeni fəlakət ssenariləri
Ermənilərin süni say artımı və yeni fəlakət ssenariləri

Mənfur düşmənin yalanları bitmək bilmir. Məğlubiyyətdən sonra hansı yola əl atacağını bilməyən ermənilər müxtəlif yalanlarla özlərini dünyaya yazıq bir xalq kimi təqdim etməyə çalışır.

Son zamanlar iddia edirlər ki, Qarabağdan 90 min erməni qaçqın düşüb. Bu yalanlarla nə əldə etmək istəyirlər? Nəyi öz xeyrlərinə dəyişmək niyyətindədirlər?

Bizimyol.info-nun suallarını cavablandıran politoloq Turab Rzayev bilirib ki, ermənilər sadəcə fəlakət ssenarisi yazırlar.

Turab Rzayev Turab Rzayev

“Bu ermənilərin 1-ci yalanı deyil. Tarix boyu Ermənistanın dövlət rəhbərliyi səviyyəsində həmişə yalanlar danışılıb. Daha əvvəllər də ölkə prezidenti Sarkisyan həm Avstriya, həm Fransa mətbuatına açıqlamalar verərək bildirirdi ki, guya Dağlıq Qarabağın 350 min əhalisi olub. Daha sonra həmin əhali çıxıb gedib bu ərazidən. Müsahibədə onu da bildirmişdi ki, Şuşa şəhərində 60 min əhali yaşayıb. Guya Şuşa şəhəri Tiflisdən kiçik amma İrəvandan böyük bir şəhər olub. Halbuki nə Şuşa şəhərinin o qədər əhalisi olmayıb, nə də Dağlıq Qarabağda 350 min əhali yaşamayıb. Olsa belə bunların böyük əksəriyyəti erməni olmayıb. Ən yaxşı halda əhalinin müəyyən qismi erməni olub və Dağlıq Qarabağın ümumi əhalisi 200 min nəfər olub. Şuşa şəhərinin isə heç 50 faizi erməni olmayıb. Bu cür yalanları ermənilər mütəmadi olaraq uydurub dünyaya yaymağa davam edirlər. Bu da onlardan biridir. Guya bunlar göstərir ki, Dağlıq Qarabağda yaşayan əhali həddindən çoxdur. Oranı guya 90 min əhali tərk edib və bunlar humanitar əziyyət çəkirlər. Qarabağdan 90 min qaçqın ola bilməz. Xocavənd, Ağdərə, Xocalı və Xankəndinin əhalisi öz yerlərindədir. Ermənilər sadəcə Şuşa, Kəlbəcər və Laçını itiriblər və orada yaşayan bir qism erməni çıxmalı olub. Kəlbəcərdə 2500-3000 aralığında erməni yaşayırdı. Şuşa şəhərində isə 3-4 min erməni yaşamış olardı. Onlar sadəcə fəlakət ssenarisi yazırlar. Düşünürəm gələcəkdə onlar bununla üstünlük əldə etmək istəyirlərsə, biz sadəcə sovet dövründə olan qeydiyyatları çıxarıb baxmaqla bilərik ki, oranın həqiqətən nə qədər əhalisi olub”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »