Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda Qarabağda itkin düşmüş erməni hərbçilərlə bağlı komissiya yaradılıb
İrəvan, Ermənistan

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibədə itkin düşmüş hərbçilərlə bağlı qurumlararası komissiyanın yaradılması barədə qərar qəbul edib.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə Baş nazirin köməkçisi Nairi Sarkisyan itkin düşmüş hərbçilərin yaxınları ilə görüş zamanı bildirib.

Onun sözlərinə görə, bu gün Baş nazir itkin düşmüş hərbçilərlə bağlı genişləndirilmiş iclas keçirib.

İtkin düşmüş hərbçilərlə bağlı qurumlararası komissiya Baş nazirin müavinin rəhbərliyi altında fəaliyyət göstərəcək, qısa müddət ərzində itkin düşmüş hərbçilərin valideynləri və yaxınları onların yeri və vəziyyəti barədə məlumatlandırılacaqlar.

Qeyd edək ki, artıq bir neçə gündür Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbçilərin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin (MN) binası qarşısında etiraz aksiyası keçirirlər.(apa)

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »