Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: Biz yüz illik erməni yalanlarını məhv edirik

Bizimyol.info-nun müsahibi keçmiş hərbiçi, politoloq Elçin Axundzadə hesab edir ki, müharibə edən bir dövlətdə əsgərliyə hazırlıq lap uşaq bağçasından başlamalıdır. Düzgün ideologiyada böyüyən oğulun qolunu bükmək olmaz.

-Elçin bəy, keçmiş hərbçi və siyasi şərhçi olaraq Qarabağda döyüşlərin gedişatı barədə nə deyə bilərsiniz? İlk gün 7 kəndi aldıqdan sonra yeni ərazilərin azad edilməməsi qələbə əzmində olan xalqımızı bir balaca narahat edir, suallar yaradır...

-Heç bir narahatlığa əsas yoxdur, ordumuz əzmlə irəliləyir və hər zərbəsi ilə yenilməz Ermənistan ordusu mifini bir daha dağıdır. Bu mif bizdə deyildi, erməni xalqının düşüncəsindəydi, yalanlarla , böhtanlarla, ona – buna yaltaqlanmaqla,rusların məkrli planlarına alət ola-ola təklənmiş, zəif düşmüş Azərbaycandan qoparılmış torpaqlardakı müvəqqəti işçğalı qələbə sanırdılar. Biz bu gün gələcəyini bilirdik. Bu günləri bizlərə yaşatdığı üçün dövlət başçısı Ali Baş Komandana minnətdaram. Çünki biz illərdir, onun əmrini gözləyirdik, irəli dedi, hamı bir nəfər kimi irəli atıldı. Bu gün gənclərimizin cəbhəyə şənliyə gedirmiş kimi gülərək, musiqi sədaları altında getməsi, analarımızın oğullarının arxasınca qürur fərəh hissi ilə baxmasını görmək bu xalqın vətən sevgisini görməkdir.

-İşğaldan 30 il ötüb. Bir igidin ömrüdür. Düşünmək olardı ki, yeni gələn nəsil Qarabağı unudacaq, illər keçdikcə bu münaqişə elə xatirələrdə qalacaq.

-Azərbaycan xalqının torpaq sevgisi, qan yaddaşı möhkəmdir. Unutmadıq. Övladlarımız bağçalarda, məktəblərdə Qarabağ barədə hekayələr oxuyaraq böyüdülər, bu illər ərzində bizim minlərlə şəhidlərimiz də oldu. Onlar bizim yaralarımızın qaysağını qopartdılar, unutdurmadılar.Bu mənada uşaq bağçaları və məkəblərdə vətənpərvərlik mövzusu həmişə önə çıxarılmalıdır. Çünki biz bu gün qələbə çalsaq da, geosiyasi mövqeyimiz elədir ki, regionda zəngin torpaqlarımıza göz dikən qonşular var. Biz həmişə vətənin müdafiəsinə, hərbə hazır olmalıyıq.

-Sizcə gənclərin hərbə hazırlığı hansı yaşlardan başlamalıdır?

Lap uşaqlıqdan, əvvəl ana qoynundan . sonra uşaq başğçalarından daha sonra məktəbdən. Uşaq bağçalarında gözəl tərbiyə ilə yanaşı düzgün qidalanma, normal şəraitdə böyümə önəmlidir.Gələcək vətəndaşlar, ordumuzun əsgərləri elə burda yetişməyə başlayır. Uşaqlara bir iki şer əzbərlətməklə deyil, dövlətin onlara ayırdığı təminatı olduğu kimi təqdim etmək lazımdır. Mənə bir hüquq müdafiəçisi olaraq belə şikayətlər çox daxil olur. Elə bu günlərdə Səbayel rayonunda yerləşən uşaq bağçalarından birinin müdüri Sevda Cəfərova barədə şikayət daxil olub. Bağçanın ərzağını, ora ayrılmış müxtəlif materialları yastıqları, örtükləri evinə daşıyır. Bunu deyən adam da ona çox yaxın, tanış biridir, hansı ki Sevda Cəfərova onun özünün də evini satdırıb pulunu əlindən alıb. İndi müharibədir, mən dövlət orqanlarının başını bu işlə qatmıram. Amma müvafiq ərizə və şikayət yazılıb, yaxın günlərdə prokurorluğa təqdim edəcəm. Dövlət başçısı ölkədə bütün sahələrdə islahatlar aparır, kadr dəyişiklikləri edir. Nə üçün? Daha normal və düzgün cəmiyyətdə yaşamaq üçün. Vəzifəyə qoyulan şəxslər bilməlidirlər ki, onlar dövlətin əmlakını sömürmək, prezidentin siyasətinə kölgə salmaq üçün yox, xalqa xidmət üçün o işə təyin ediliblər. Tezliklə yeni Təhsil Nazirimiz də yəqin təhsil müəssisələrində əsl vətəndaş gələcək hərbçilərin yetişidirilməsi, hərbi dərslərinin lazımi qaydada təşkili barədə göstəriş verəcək. Biz 30 ildir deyirik, müharibə şəraitində yaşayırıq. Bu müharibədə bəziləri qurban olarkən, bir başqaları şəhidlərin qanı üzərindən qazanc götürməməlidir. Bir olmalıyıq ki düşmənə qalib gələk. Bu gün mən hamıda dövlət başçısına yenidən bir etimad, yeni bir sevginin yarandığını görürəm. İlham Əliyev Qarabağı işğaldan azad etməklə adını tarixə yazacaq. Bu yolda hamımızı onun arxasındayıq.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »