Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN: Bütün xarici və daxili oyunçuları Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təmkin nümayiş etdirməyə çağırırıq

Moskva bütün xarici və daxili oyunçuları Dağlıq Qarabağdakı vəziyyətlə bağlı maksimum təmkin nümayiş etdirməyə çağırır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bütün xarici və daxili oyunçuları, o cümlədən ritorika planında maksimum təmkin nümayiş etdirməyə çağırırıq. İndi dərhal atəşkəsə nail olmaq və tərəfləri danışıqlar masasına qaytarmaq üçün maksimum diqqətli olmaq vacibdir”, - deyə rusiyalı diplomat vurğulayıb.

A. Rudenko Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi 1991-ci ildən bu prosesdə iştirak etdiyini xatırladıb: “Biz bütün tərəfdaşlarla təmasları davam etdirmək niyyətindəyik”.

Qeyd edək ki, dünən Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda münaqişə tərəflərini atəşi dayandırmağa çağırıb. Bundan başqa, Rusiya XİN başçısı Sergey Lavrov Ermənistan və Azərbaycan, o cümlədən Türkiyə Xarici İşlər nazirləri ilə ayrılıqda telefon danışıqları aparıb.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Makron ərəb ölkələrini qəzəbləndirib
Son xəbərlər
Bütün xəbərlər »