Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnvestAZ: Mənimsəmə məlumatı yalandır, biz məhkəməyə müraciət etmişik

Mediada İnvestAZ İnvestisiya Şirkətinin türkiyəli iş adamının vəsaitlərini mənimsədiyi barədə məlumatlar yayımlanıb. Marja.az məsələ ilə bağlı İnvestAZ İnvestisiya Şirkətinin mövqeyini təqdim edir:

“Bugün Azərbaycan mediasında, müxtəlif xəbər saytlarında Türkiyə mediasına istinadən İnvestAZ şirkəti ilə bağlı qətiyyən həqiqətə uyğun olmayan, təhrif olunmuş xəbərlər yayılmışdır.

İnvestAZ Azərbaycanda lisenziyalı İnvestisiya Şirkətidir və marja xidməti şirkətimizin çoxsaylı investisiya xidmətlərindən yanlız biridir. Türkiyədə fəaliyyət göstərən "İnvestAZ Yatırım Menkul Değerler A.Ş." və Azərbsycanda fəaliyyət göstərən "İnvestAZ İnvestisiya Şirkəti" QSC fərqli şirkətlərdir, sözügedən məsələnin isə "İnvestAZ İnvestisiya Şirkəti" QSC-yə heç bir aidiyyatı yoxdur.

Sözügedən məsələ ilə bağlı Türkiyədəki İnvestAZ şirkətinin məlum şəxslə qarşılıqlı iddiaları üzrə məhkəmələri və prosesləri davam edir. Bu şəxsin bilərəkdən yalan məlumat verməklə şirkətin nüfuzuna xələl yetirmək məqsədilə müxtəlif media qurumları vasitəsilə qara PR aparması nəticəsində şirkətə maddi və reputasiya zərəri verdiyi üçün haqqında külli miqdarda təzminat tələbi ilə Türkiyə məhkəmələrinə müraciət edilmişdir. Bu məsələdə aidiyyatı olan bütün şəxslərin haqlı cəzalarını alması üçün bütün resursların səfərbər olunduğunu da bildiririk.

İnvestAZ şirkətinin komandası son 20 ildə olduğu kimi müştərilərinə dünya maliyyə bazarlarında daima yüksək səviyyəli xidmət göstərməyə və yenilikləri ilə sevindirməyə bundan sonra da davam edəcəkdir.

Azərbaycan mətbuatını, o cümlədən xəbər saytlarını diqqətli olmağa, yalan məlumatları yaymamağa, belə hallar olduqda məlumat yaymazdan öncə şirkətlə əlaqə saxlayaraq dəqiqləşdirmələrini məsləhət görürük. Əsas səhmdarımız eyni olduğu üçün məsələlər ilə bağlı mövqeni "İnvestAZ İnvestisiya Şirkəti" QSC-dən də öyrənə bilərsiniz”.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
Son xəbərlər
Bütün xəbərlər »