Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama

Seyyid Taleh Boradigahinin “Hədəfim Hüseyndir” mahnısına çəkdirdiyi klipdə Azərbaycan ərazisinin təhrif olunduğu iddia edilir.

Belə ki klipdə olan xəritədə Azərbaycanın cənub ərazisi İranın ərazisi kimi görünür.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən mərsiyyəxan, ”Azərbaycan İlahi nəğmələr qrupu”-nun rəhbəri Seyyid Taleh Boradigahi (Tale Əsədov) bildirib ki onun xəritədən anlayışı yoxdur.

“Klipin çəkildiyi “Musson” studiyası mənə məxsus deyil. Studiya pianoçu Samir Şirinova aiddir. Studiyada olan atributlar, xəritə heç mənim diqqətimi çəkməyib. Mənim ofisim yoxdur.

Mənim xəritədən anlayışım yoxdur. Azərbaycanın harada torpağı varsa, əlimizdən kim torpağımızı, ərazimizi, haqqımızı alıbsa, Allah bəlasını versin”,- deyə Seyyid Taleh bildirib.

Qeyd edək ki, mahnıda xalq artisti Alim Qasımovla duet oxunub.

Seyyid Taleh Boradigahi

Son xəbərlər
Bütün xəbərlər »