Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Büdcə müzakirələri – 3 milyard dollar kəsir necə təmin olunmalıdır...

“Büdcə müzakirələri göstərdi ki, Neft Fondunun gəlirlərində 38 faiz azalma gözlənilir, artan xərcləri də nəzərə aldıqda, ümumi kəsir 5 milyard manat, yəni 3 milyard dollar təşkil edəcək (yorucu olmaması üçün rəqəmləri təxmini və yuvarlaq göstəririk)”,- deyə iqtisadçı ekspert Qaşqay İsmayıl qeyd edib.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

Onun sözlərinə görə, çatışmayan 3 milyard dolları iki yolla təmin etmək mümkündür. “Ya milli valyuta kəskin dəyər itirməlidir, yaxud da Fondun aktivlərindən istifadə edilməlidir. Üçüncü variant hər iki yoldan eyni zamanda istifadə etməkdir. Lakin bütün bunlar texniki məsələlərdir. Problem ondadır ki, bununla da problem nəinki həll olunmur, əksinə daha da kəskinləşir. Məsələn, ölkədə cüzi iqtisadi canlanma yaranarsa, tədiyyə balansında tarazlıq yaratmaq üçün əlavə bir neçə milyard dollara da ehtiyac yaranacaq

Hökumət bu ildən çıxmaq üçün gələcək nəsillərin ehtiyatlarını xərcləməyə girişərsə, bu komada olan xəstəyə süni nəfəs verməyi xatırladacaq. Çünki Azərbaycan iqtisadiyyatı məhv olub və bunun fəsadları qarşıdakı aydan özünü göstərməyə başlayacaq. Ölü orqanizmi süni yollarla qidalandırmaq, yəni büdcənin öhdəliklərini icra etmək və karantin vasitəsilə, iqtisadiyyatı dondurub valyuta axınını nəzarətdə saxlamaq, həll yolu deyil.

Post-pandemiya dövründə fəaliyyətini dayandırmış bir çox iqtisadiyyat subyektlərinin bərpa olunacağı qeyri mümkün görünür. İşsizlik və qeyri-büdcə subyektlərinin iflasının da getdikcə sürətlənəcəyini deyə bilərik.

Bu “qurbanların” verilməsində yeganə məqsəd isə, labüd məhvə məhkum hazırki iqtisadi strukturu qoruyub saxlamaq, manatın süni kursunu indiki qaydada davam etdirməkdir ki, bu da sağlam düşüncəyə və riyazi qanunauyğunluqlara ziddir”.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
Son xəbərlər
Bütün xəbərlər »