Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Amazon” peyk internetinə azı 10 milyard dollar xərcləyəcək
peyk

“Amazon” şirkəti Kuiper adlı peyk internetinə 10 milyard ABŞ dollarından çox vəsait ayıracaq.

“Report” xəbər verir ki, bu barədə “CNBC” kanalı şirkətin böyük vitse-prezidenti Deyv Limpin açıqlamasına istinadən məlumat yayıb.

“Genişzolaqlı internetin mövcud olmadığı yerlər hələ çoxdur. Kuiper onu dəyişdirəcək”-deyə, o bildirib.

Bunun üçün “Amazon” 3 236 peykini orbitə çıxaracaq. Yerləşdirmə beş mərhələdə həyata keçiriləcək, xidmət 578 peykin kosmosa buraxılmasından başlayacaq.

Şəbəkə 56 dərəcə şimal enindən 56 dərəcə cənub eninə qədər olan əraziləri əhatə edəcək ki, burada Yer kürəsinin təxminən 95% əhalisi yaşayır.

Paylaş »
››› Ramin Bayramlını belə parodiya etdilər - Video
››› Çiy ət parçası hərəkətə gəldi, aşpazı qorxuya saldı – Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› "TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır"
››› Sahil Babayev avqust ayında veriləcək birdəfəlik ödəmələrdən danışdı
Son xəbərlər
Bütün xəbərlər »