Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Mask hədələdi: İstədiyimiz dövlətdə çevriliş edə bilərik

Amerikalı milyarder Elon Mask öz Twitter hesabında verdiyi açıqlama ilə yenə dünyanın diqqətini üzərinə çəkməyi bacarıb.

Bizimyol.info-nun məlumatına görə, o istədiyi dövlətdə hərbi çevriliş edə biləcəyini yazıb.

Belə ki, o koronavirus böhranına qarşı dövlətlərə dəstək paketinin hazırlanması ilə bağlı paylaşım edib: “Bir başqa hökumətin təşviq paketi o ölkənin vətəndaşlarının xeyrinə deyil” . İzləyicilərdən biri Elon Maskın Boliviyadan litium almaq üçün bu ölkəni qarışdırıdığını yazıb. Cavab olaraq milyarder deyiləni təkzib etmək əvəzinə “Kimi istəsək devirə bilər, kimə istəsək zərbə vura bilərik.Keç bunları” deyib.

Qeyd edə ki, bu paylaşımdan sonra Boliviyada meydana gələn və Eve Moraliesi hakimiyyətdən endirən çevrilişdə bu günə qədər ABŞ kəşfiyyat idarəsinin (CİA-nın) əli olduğu deyilirdisə, indi İlon Maskın adı da onlarla qoşa çəkilir.

Elon Mask uğurli investisiyaları və texnoloji yenilik təqdimatları ilə yanaşı həm də zaman – zaman sosial mediada qəribə açıqlamaları ilə diqqət çəkir.Bu açıqlmadan sonra onun Boliviyadakı çevrilişdəki rolunu etiraf etməsi dünya mediasında manşetə çevrildi. Elon Mask isə cavab olaraq yenə bir cümlə ilə cavab verib. “Litiumu Avstraliyadan alırıq”.

Litium Tesla avtomobillərində uzunömürlü enerji mənbəyi kimi istifadə olunur.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »