Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xanım müğənni tikinti şirkətində işə başladı

Karantin dövründə ağır günlər keçirən müğənni Nura Suri tikinti şirkətində işə düzəlib.

Bu barədə Bizimyol.info-ya müğənni özü məlumat verib.

“Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil. Ölkəmiz isə çətin günlər yaşayır. Bir tərəfdən virus, o biri tərəfdən ermənilər. Son iki aydır ki, özümə başqa sahədə iş axtarırdım. DCS MMC tikinti şirkətində rəsmi işə başladım”,- deyə o bildirib.

Müğənni çətin günlərində, işsizlik problemini dilə gətirərkən ona dəstək verən media nümayəndələrinə də təşəkkür edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »