Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zamanla insanlar geyim kimi maska olmadan da küçəyə çıxmaq istəməyəcəklər

Maska taxmaqla əqli qabiliyyət arasında əlaqə varmış. Alimlərin apardıqları tədqiqatlar belə deməyə əsas verib. İnformasiyanı qısa müddət ərzində saxlayan operativ yaddaşın həcmi intellekt, anlama və öyrənmə kimi bir çox əqli qabiliyyətləri müəyyən edir.

Bizimyol.info-nun Daily Mail-ə istinadən məlumatına görə, Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, insanların pandemiya dövründə özlərini aparması onun işlək qısamüddətli yaddaşında nə qədər informasiya saxlamasından asılıdır.

Kaliforniya Universitetinin psixologiya professoru Veyvey Jan bildirib ki, 850 nəfər arasında keçirilən sorğudan sonra məlum olub ki, böyük operativ yaddaşa malik insanlar heç bir təzyiq olmadan özləri qaydalara əməl etməyə meyilli olurlar.

İnsanın qısamüddətli yaddaşında informasiya nə qədər az olarsa, o qaydaları o qədər çox pozur.Buna görə alim hökumətə təklif edib ki, pandemiya ilə bağlı verilən tövsiyələr hamı tərəfindən qəbul edilsin deyə, onlar çox qısa cümlələr şəklıində verilməlidir.Yəni bir çox insanların bu qaydaları qəbul etməməsi sadəcə əqli inkişafın yol verməməsindən irəli gəlir.Alim qeyd edib ki, bir müddət sonra indi tətbiq edilən qaydalar beyində gündəlik norma kimi qəbul olunacaq və insanlar artıq geyimsiz küçəyə çıxmaq istəmədikləri kimi maskasız da gəzmək istəməyəcəklər.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »