Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da sutka ərzində 63 min 200 yoluxma qedə alınıb

Son bir həftədə Birləşmş Ştatlarda üçüncü dəfə gün ərzində COVID-19 koronavirusuna yoluxma hallarının sayına görə antirekord nəticə qeydə alınıb.

Bizimyol.info yerli KİV-ə istinadən bildirir ki, bu dəfə gün ərzində yoluxanların sayı 63 000-dən çox olub.

Cons Hopkins Universitetindən olan tədqiqatçıların dərc etdikləri yenilənmiş məlumatdan görünür ki, cümə axşamı Amerika Birləşmiş Ştatlarında 63.200-ə yaxın yeni yoluxma halı qeydə alınıb. Bu, çərşənbə axşamı müəyyən edilmiş əvvəlki rekorddan təqribən 3 000 fakt çoxdur.

Universitetin məlumatına görə, indiyə qədər ABŞ-da təqribən 3,2 milyon yoluxma və 133.300 ölüm halı qeydə alınıb.

Son xəbərlər
Bütün xəbərlər »