Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da yenidən rekord sayda yoluxma qeydə alındı
Latın Amerikasında koronavirus dəhşətləri: küçələr meyitlə doludur...

ABŞ-da koronavirusa yoluxanların sayında artım davam edir.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd olunub ki, ölkədə 63,2 mindən çox yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu, gündəlik artım sayları arasında rekord göstəricidir. Bundan əvvəl təsdiqlənmiş virusa yoluxma hallarının ən çox sayı iyulun 3-də qeydə alınıb - 57 497 nəfər.

“The New York Times” qəzeti xəbər yayıb ki, son iki həftə ərzində ABŞ-ın 39 ştatında pandemiya başlayandan indiyədək yeni koronavirusa yoluxanların ən böyük sayı qeydə alınıb.

Qeyd edək ki, ABŞ-da virusa yoluxanların ümumi sayı 3,17 milyondan çoxdur. Müalicə alan 133 969 xəstə vəfat edib.

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
››› DİN-dən sosial şəbəkələrdə yayılan fotolarla bağlı açıqlama - Foto
Son xəbərlər
Bütün xəbərlər »