Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtinə görə timsahla döyüşdü, qalib gəldi

Florida sakini, keçmiş ordu serjantı Trent Tviddeyl öz itinə görə 5 metrlik timsahla döyüşə girib və onu “döyüb”.

Bizimyol.info nat.geo.ru-ya istinadən xəbər verir ki, Trent iti ilə göl qırağında səhər gəzintisinə çıxarkən anidən göldən 5 metrlik alliqator sıçrayıb və onun itini suya çəkib. Özünü itirməyən serjant timsahın arxasınca siya baş vurub, itini timsağın çənəsindən çıxarmağa çalışıb. Timsahın belinə sıçrayıb, onun başına zərbələr endirən Trent köpəyini onun ağızndan xilas etsə də, itin bir ayağı qopmuşdu.

Hadisə barədə yerli mətbuata danışan Trent Tviddeyl bildirib ki, itini baytara aparıb və onun üçün metal ayaq hazırlanmaqdadır.

Alliqatorun başqa canlılara ziyan verməməsi üçün yerli idarətetmə orqanı onun üçün tələ hazırlayıb, başqa yerə aparmağı planlaşdırır. Timsahı tələyə salmaq üçün göl kənarına xoruz bağlansa da, timsah hələ ki, onu yemək üçün səy göstərməyib və tələyə də düşməyib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »