Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
General Kennet Makkenzi: “Taliban” ABŞ-ı heç vaxt təhdid etməyib”

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Kennet Makkenzi, təxminən, 19 il döyüşdükləri “Taliban”ın ABŞ-ı heç zaman təhdid etmədiyini söyləyib.

APA RİA Novostiyə istinadən xəbər verir ki, ABŞ generalı bu barədə Vaşinqtonda Yaxın Şərq İnstitutunda keçirilən videokonfransda bildirib.

“Taliban” ABŞ-ı heç vaxt təhdid etməyib. İŞİD və Əl-Qaidə haqqında danışıqlarımız olub”, deyən Makkenzi qeyd edib ki, “Taliban” İŞİD-in dostu deyil, lakin bununla yanaşı, onların Əl-Qaidə ilə hər hansı münasibətdə olduqlarını söyləmək çətindir.

O, əlavə edib ki, bunu zaman göstərəcək.

Qeyd edək ki, ABŞ “Taliban”a qarşı hərbi əməliyyatlara məlum 11 sentyabr hadisələrindən sonra - 2001-ci ildə başlayıb. “Taliban” hökuməti devrildikdən sonra Əfqanıstanda hakimiyyətə ABŞ-ın dəstəklədiyi qüvvələr gəldi.

Xatırladaq ki, fevral ayında ABŞ və radikal “Taliban” hərəkatının rəhbərlərilə Qətərdə 18 ildən çox davam edən müharibədən sonra ilk dəfə sülh sazişi imzalayıb. Bununla da qoşunların Əfqanıstandan 14 ay ərzində çıxarılmasına (“Taliban”ın əsas tələblərindən biri) və məhbus mübadiləsinə dair razılaşma əldə olundu.

Lakin razılaşmaya baxmayaraq, ABŞ Prezidenti Donald Tramp, bir gün əvvəl Konqresə verdiyi bildirişdə ölkənin “Taliban”la silahlı qarşıdurma vəziyyətində olduğunu və hərbi əməliyyatların davam etdiyini bəyan edib.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »