Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın nüvə bombası ilə silahlanmış yeni növ qırıcısı havaya qalxıb...

ABŞ Hərbi Hava Qüvvələrinin dördüncü nəsil F-15E Strike Eagle qırıcısı ilk dəfə B61-12 atom bombası ilə silahlanıb.

Virtualaz.org xəbər verir ki, təyyarənin atom bombası ilə uçuş sınaqlarının görüntüləri yayılıb. Bildirilir ki, F-15E Strike Eagle Amerika təyyarələri arasında həmin atom bombasını daşımaq üçün ilk dəfə sertifikat alıb. Təyyarənin uçuşları mart ayında Nevada poliqonunda keçirilib.

ABŞ qırıcısının taktiki atom bombası sinfinə aid edilən həmin bomba ilə silahlanması onu faktiki olaraq strateji silaha çevirir.

B61-12 termonüvə bombasının gücü 1 meqatonu keçmir. Həmin bomba ilə B-52 Stratofortress strateji bombardmançılarını, B-2 Spirit və perspektiv B-21 Raider strateji nüvə bombardançılarını, habelə F-15 Eadgle, F-15 Fighting Falcon və F-35 Lightning II qırıcılarını silahlandırmaq planlaşdırılır.

Son xəbərlər
Bütün xəbərlər »