Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadına zəng edən kişini öldürüb baqajda gizlədiblər

Bakının Binəqədi rayonu ərazisində qətl hadisəsi törədilməsində iştirak edən və həmin qətl hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməməkdə ittiham olunan Nəzakət Həbubullayevanın barəsində seçilmiş həbs qətimklan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Nəzakət Həbubullayevanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir aya qədər artırılıb.

Qeyd edək ki, Nəzakət Həbubullayeva 1987-ci il təvəllüdlü Ramin Şamilov, onun dostu, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılov ilə birlikdə mühakimə edilir.

İttihama görə, ötən il noyabrın 9-da, saat 08.00-da Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Abbasovun meyiti tapılıb.

Araşdırma zamanı həmin şəxsin bədənində müxtəlif xəsarətləri aşkar olunub. Həmçinin, kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, Elçin Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb.

Aparılan araşdırmalar zamanı noyabrın 10-da 40-cı polis bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamilovu saxlayıblar.

İstintaq araşdırması zamanı Elçin Abbasovun öz inadkarlığının qurbanı olduğu üzə çıxıb. O, saxlanılan şəxslərdən birinin yaxın qohumunun qeydinə qalmağa çalışıb.

Ancaq qadın deyib ki, onun haqqında heç nə eşitmək istəmir. Elçin Abbasov ona zəng etməyə davam edib.

Bu zaman söhbətə Allahverdi İsmayılov qarışıb. O, telefon vasitəsilə Elçin Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarışısında görüşə çağırıb.

Noyabrın 8-də, gecə Elçin Abbasov görüşə gəlib.

İstintaqın versiyalarına görə, qadının gözləri qarşısında Allahverdi İsmayılov və Ramin Şamilov Elçin Abbasovu ölümcül döyüb, daha sonra cəsədi avtomobilin yük hissəsində gizlədiblər.

İstintaq araşdırması zamanı cinayət işində adı keçən və Elçin Abbasovun münasibət saxlamaq istədiyi qadının Nəzakət Həbullayeva olduğu məlum olub. İstintaq belə nəticəyə gəlib ki, Nəzakət Həbullayeva da həmin qətl hadisəsində iştirak edib.

Bu səbəbdən istintaq onu qətldə iştirakçılıqda ittiham edib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri üzrə ittiham elan edilib.

Hazırda bu cinayət işi üzrə istintaq Binəqədi rayon Prokurorluğunda davam edir.

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
››› Paşinyanın arvadının saç ustası ondan qızıllarını tələb edir
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
Son xəbərlər
Bütün xəbərlər »