Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Avropa dövləti Çin məhsullarından imtina etməyə başlayır
Çindən gələn qatar

Böyük Britaniya Çin mallarından imtina etmək qərarına gəlib.

Baş nazir Boris Conson “Müdafiə layihəsi” (Project Defend) adlı plan hazırlamaq barədə göstəriş verib.

Boris Conson- Boris Conson

Bizimyol.info xəbər verir ki, layihə üzərinə ölkənin strateji cəhətdən vacib məhsullar baxımından ölkənin Çin məhsullarından asılılığını azaltmaq missiyası götürür. “The Time” qəzetinin yazdığına görə, bunun üçün geniş tədbirlər planı nəzərdə tutulub. Layihə potensial düşmən mövqeyi göstərən ölkələrin strateji məhsullardan asılılıqdan məqsədləri üçün istifadəsinə son qoymağa hesablanıb. “The Time” yazır ki, tədbirlər planının həyata keçirilməsi Böyük Britaniyanın xarici işlər naziri Dominik Raaba tapşırılıb.

Avropa dövləti bu işə milli təhlükəsizlik məsələsi kimi baxır. Çindən Böyük Britaniyaya 70 növ çox vacib məhsul gətirilir. Bunların nəzərəçarpan hissəsini tibbi ləvazimatlar, dərmanlar tutur.

Bundan əvvəl amerikalıların 40 faizinin Çin məhsullarından imtina tərəfdarı olması bildirilmişdi.

Paylaş »
››› Azərbaycanla Türkiyənin böyük planı
››› Lavrov planı: Türkiyənin burada bircə güllə atması Rusiyanı nüfuzdan salacaq
››› Suriyadakı erməni batalyonu da Qarabağa göndərildi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »