Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda mobil internetin giriş sürəti artıb
internet-1-660x403

Aprel ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikin sürəti 27,53 Mbit/s-ə təşkil edib. "APA-Economics" "Ookla"nın "Speedtest Global Index"inə istinadən verdiyi məlumata görə, bu göstərici mart ayı ilə müqayisədə 1,8% artıb.

Apreldə ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti mart ayının göstəricisi ilə müqayisədə 5,2% azalaraq 13,35 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 30,89 Mbit/s və 10,50 Mbit/s təşkil edir. Aprel ayının nəticələrinə görə Azərbaycan bu göstərici üzrə dünya ölkələri sırasında bir pillə irəliləyərək 65-ci yerdə qərarlaşıb. Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Cənubi Koreya (88,01 Mbit/s), Qətər (84,81 Mbit/s) və Çin (84,68 Mbit/s) daxil olub.

Reytinqə əsasən, aprel ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 19,77 Mbit/s, çıxış sürəti isə 20,91 Mbit/s təşkil edib. Bu göstəricilər mart ayı ilə müqayisədə müvafiq olaraq 0,81 və 2,9% azalıb.

Dünya ölkələri üzrə sabit internetin sürəti reytinqində Azərbaycan aprel ayının yekunlarına görə 1 pillə irəliləyərək 114-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lideri Sinqapur (198,46 Mbit/s), Honkonq (176,70 Mbit/s) və Tayland (159,87 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 74,74 Mbit/s və 39,62 Mbit/s olub.

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Karantin cərimələri tutulmağa başladı
››› Ramil Səfərova müxalifət olanlar
››› Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına Azərbaycandan reaksiya
Son xəbərlər
Bütün xəbərlər »