Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İşə götürülmək üçün qiymətlər 2500 manatdan başlayır”

Korrupsiya yalnız yerli icra hakimiyyəti orqanlarında deyil, mərkəzi icra hakimiyyəti orqanlarında da yüksək səviyyədə yayılıb. Büdcədən ayrılan vəsaitlərin yerli və həm də mərkəzi icra hakimiyyəti səviyyəsində qeyri-şəffaf və açıq olmayan tenderlər vasitəsilə xərclənməsi, onların ünvanından və son təyinatından yayındırılması səbəbindən baş verir.

İrəvan Dram Teatrının ttikintisini həyata keçirən şirkətin rəhbəri Şamxal Ağaşirinov soyləyib ki, Şirkətə ödənilən 6 milyon manatın ƏDV-dən sonra qalan 4 milyon manatın 20 faizi, yəni 900.000 manatı otkat şəklində mədəniyyət nazirinin müavini Zakir Sultanova verilib.

Mədəniyyət nazirinin həbs olunan müavinin ictimaiyyət üçün yayılan videoda bir cümlə işlədib. “Təmir üçün büdcədən ayrılan pullardan alınan 10%-lik hissə ("otkat") Nazirliyin ehtiyacları üçün alınırdı”.

Əbülfəs Qarayev Əbülfəs Qarayev

Əslində o bu cümlə ilə açıqca deyir ki, özünə yox, nazirliyə alıb. Yəni bu boyda rüşvəti tək yemək bir nəfərin işi ola bilməzdi. Əbülfəs Qarayevin bu boyda biabırçılıqdan xəbərinin olmaması sadəcə, ayıbdır. Əgər xəbəri varsa, bu artıq cinayətdir.

Bir vaxtlar Mədəniyyət Evində işləmiş Nuranə Abbasova Bizimyol.info-ya bildirib ki, rayonlarda Mədəniyyət Nazirliyinin nəzdində olan hansısa bir quruma işə düzəlmək üçün qiymətlər 2500 manatdan başlayır.

“Bütün mədəniyyət müəssisələrində hər il əsaslı və cari təmir adı altında külli miqdarda pullar silinirdi. Təsəvvür edirsiniz nazirlik öz payına düşən götürüb, rayona cüzi vəsait göndərirdi. Yerlərdə mədəniyyət idarələrinin müdirləri, mühasibləri, təsərrüfat müdirləri, kitabxana, muzey müdirləri də öz paylarını götürdükdən sonra təmir dedikləri divarlara və döşəmələrə vurulan ucuz rəngdən ibarət olurdu. Və bu təmir hər il, özüdə dekabrın sonuncu həftəsi tələm-tələsik edib yekunlaşdırırlar. Hər il mədəniyyət müəssisələrinə yumşaq, bərk inventar 100-lərlə tefal çaydanlar, çayniklər, dəsmallar, süfrələr, noutbooklar, televizor, soyuducu, kondisoner, xalçalar, stullar daha nələr, nələr gəlir. Amma gəl gör ki ,onlardan bəziləri ya heç verilmir hardan gəlib hara getdiyi heç məlum olmur.Bəziləri də gəlir amma gəlməsə daha yaxşı olar. Çünki sonra o köhnə malları işçilər öz hesablarına dəfələrlə təmir etdirməli olurlar.Hətta bəzi müəssisələrdə işlədilən su, işıq , qaz pullarını işçilər öz ciblərindən yığıb verirlər.

Hər ay heç olmasa 15 işçinin adına ezamiyyə yazılır və hamısı yığılır. Kağız, qələm bu tipli inventar ümumiyyətlə, verilmir. Yaşadığım rayonda işə götürülmək üçün qiymətlər 2500 manatdan başlayır”.

Əlavə sözə gərək varmı? Bu qədər yeyintidən nazirin xəbərinin olmaması onu məsuliyyətdən yayındırımı?

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »