Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə neft bazarında Rusiyaya təzyiqi azaldır

Dünya bazarlarında neftin qiyməti yüksəlməyə başlayıb. Əsas səbəb kimi Səudiyyə Ərəbistanının Rusiyaya təzyiqi azaltması göstərilir.

Bizimyol.info xəbər verir ki, ərəb ölkəsi maya nisbəyən iyunda neft bazarındakı güzəştlərini 2-3 dəfə azaldacaq. Avropalılar bu ay “Arab Extra Light”, “Arab Light”, Arab Medium” və “Arab Heavy” markalarının barelini 8.9-11.4 dollara ala bilir. Yəni təxminən 10 dollara qədər güzəştdən söhbət gedir. İyunda belə olmayacaq. Gələn ay orta hesabla 3.1-4.2 dollar güzəşt nəzərdə tutulub.

Səudiyyə Ərəbistanı ABŞ-a göndərilən neftin qiymətində də dəyişiklik edəcək. Amerikalılara xammal mayla müqayisədə 1-1.8 dollar baha satılacaq.

Səudiyyə Ərəbistanı ABŞ-la sövdələşmədə kəskin addım atmaq istəmir. Çünki təkcə apreldə bu ölkəyə ixrac 4 dəfə artıb.

Səudiyyə Ərəbistanının hasilatı artırmaq, Avropa ölkələrinə nisyə neft təklifi qərarları Rusiyaya böyük zərbə endirmişdi. Məsələn, apreldə Polşa ruslardan 1 barel belə, neft almamışdı. Əvəzində Avropa ölkəsi 560 min ton “Arab Light” əldə etmişdi.

Belarus da ərəblərlə işləməyə başlayıb. Prezident Aleksandr Lukaşenko rus neftindən tam imtina haqda danışır. Mayın 11-də Klaypeda limanına Səudiyyə neftinin ilk partiyası – 80 min ton məhsul gələcək. Ərəblərlə sövdələşmə davam edə bilər.

Son xəbərlər
Bütün xəbərlər »