Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanadada atışma zama ölən və yaralananlar olub

Kanadanın Alberta əyalətində yaşayış binasına atəş açan şəxs polislə atışmada öldürülüb, iki nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “CBC” məlumat yayıb.

Hadisə Blekfalds şəhərində baş verib. Binaya atəş açılması barədə polisə məlumat verilib. Patrul polisi hadisə yerinə çatan zaman naməlum bir şəxsin təsadüfən yol ilə keçən bir nəfəri yaraladığını müəyyən edib.

Cinayətkar hadisə yerindən avtomobillə qaçmağı bacarsa da, yaxınlıqdakı magistral yolda polis onu saxlayıb. Bundan sonra atışma baş verib, nəticədə 27 yaşlı cinayətkar öldürülüb, bir polis əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib.

Son xəbərlər
Bütün xəbərlər »