Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın baş naziri koronavirusa yoluxduqdan sonra istefa iddiaları yayıldı

Rusiyanın baş naziri Mixail Mişustin koronavirusa yoluxub. Baş nazirdən başqa nazirlikdə çalışan müxtəlif məmurların da virusa yoluxduğu qeyd edilir.

Bizimyol.info Kommersant-a istinadən bildirir ki, Baş nazirin yüksək temperaturu var və o paytaxt xəstəxanalarından birində müalicə olunur.

Dünən ölkənin müxtəlif mətbu orqanları Baş nazirin yenidən öz postuna qayıtmayacağını yazsa da, bu gün Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada bu məlumatın yalan olduğunu bəyan edib. Son günlər istirahətsiz işləyən nazirlik əməkdaşlarının hamısı koronavirus testindən keçirilib və baş nazirlə kontaktda olmuş hər bir kəs öz evində təcrid olunub.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »