Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu da təzə dərd: Koronavirusdan sağalan xəstələrin rəngi dəyişir - Foto

Pandemiyanın başlanmasında ocaq rolunu oynamış Uhan şəhərində koronavirusdan sağalmış həkimlərin bədən rəngi dəyişməyə, daha tünd tonlara bürünməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, virusa yaxalanan və 2 aylıq müalicənin ardından iki doktorun - Yi Fan və Hu Veifengin rəngləri dəyişməyə başlayıb. Həkimlərin ilkin versiyasına görə virus qaraciyərləri zədələyib.

Həkim xəstəlikdən əvvəl və sonra

Doktor Hu Veifeng yaşadığı dəyişikliyi Çin mediasına danışarkən bildirib ki, 2 ay gərgin mübarizədən sonra virusa qalib gələ bilib və bu dövrdə qaraciyərləri müalicədən zərər görüb. “Şüurumu itirmişdim, tez- tez kabuslar görürdüm”,- deyən doktor əlavə edib ki, qaraciyərdə toplanmalı olan dəmir qan damarlarıma dolub. Ola bilər rəng dəyişimi bununla əlaqədardır.Bu sadəcə tənəffüs yolu xəstəliyi deyil Həyati orqanlarda da ciddi fəsadlar törədə bilir. Hətta travma sonrası stres pozuqluğu, psixoloji problemlərə də yol açır”,- deyə doktor öz təcrübəsini bölüşüb.

Qeyd edək ki, bundan öncə dünya alimləri koronavirus xəstəliyinin ürək, beyin və qanın tərkibini zədələdiyini yazmışdılar.

İlhamə Rəsulova

 Həkim Xəstəlikdən əvvəl və sonra

Son xəbərlər
Bütün xəbərlər »