Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransız alimlər virusun hansı temperaturda öləcəyini açıqladı

Koronavirusun bütün dünyanı lərzəyə gətirdiyi zamanda insanlar ən çox vaksinin yolunu gözləyir. Pandemiyanı məhv etmək üçün elm adamlarının virusun dərmanını tapmasına çox ehtiyac var.

Bizimyol.info xəbər verir ki, Fransanın Provans Universitetinin alimləri virusun hansı temperaturda öləcəyini açıqlayıb. Elm adamlarının bildirdiyinə görə, koronavirus 92 dərəcədə 15 dəqiqə qalandan sonra məhv olur.

Xəbər “Twitter”də çox müzakirə olunub. Reaksiya verənlər buna görə sevinmədiyini bildiriblər. Çünki indiyə qədər ümumi fikir belə idi ki, virus yay istisində məhv olacaq. Amma 92 dərəcə məsələsi nikbinliyə əsas vermir.

Koronavirus keçən ilin dekabrında Çində ortaya qoymuşdu. Martdan dünyanın əksər ölkələrində pandemiyaya görə karantin rejimi elan olunub. İndiyə qədər dünyada 2,23 milyon insanda infeksiya aşkarlanıb. Ölənlərin sayı 151 mini keçib.

Son xəbərlər
Bütün xəbərlər »