Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəzi tanınmış jurnalistlər də həqiqəti əks etdirməyən məlumatlar yayırlar

"Xüsusi karantin rejimi ilə bağlı aprelin 1-də yayılan sənəd həqiqəti əks etdirmir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, son günlər bəzi jurnalistlər sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlar yayırlar. “Məsələn, yazırlar ki, “x” kəndində virusa yoluxma var. Məlum olur ki, o kəndin ətrafında da 4 kənd var, ajiotaj yaranır. O jurnalistlərin içərisində tanınmışlar da var. Arzu edilmir ki, bu məsələyə hüquq-mühafizə orqanları müdaxilə etsin. Jurnalistlər özləri belə hallara imkan verməməlidir”.

“Polisin karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün kifayət qədər şəxsi heyəti, vasitələr var”.

Bunu mətbuat konfransında Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

Ə.Baqişev insanların karantin rejimin riayət eləməsi üçün kifayət qədər şəxsi heyət və vasitələrin olduğunu bildirib: “Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün şəhər və rayonları bağlanıb, postlar qurulub”.

Ə.Baqişev deyib ki, karantin rejimi tətbiq olunduğu gündən sosial şəbəkədə yanlış məlumat yayan 10 nəfər inzibati qaydada həbs edilib, 18 nəfərə inzibati cərimə tətbiq olunub, 127 nəfərə xəbərdarlıq edilib.

Son xəbərlər
Bütün xəbərlər »