Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İsraildə koronavirusa yoluxanların sayı artıb
Koronavirus

İsraildə təsdiqlənmiş COVID-19 diaqnozu olan xəstələrin sayı 3 460-a çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin son məlumatına görə, yoluxanlardan 50-nin vəziyyəti ağırdır. 12 nəfər ölüb, 89 nəfər sağalıb. 469 şəxs xəstəxanalarda, 1 828 nəfər evdə müalicə olunur, 484 nəfər hotellərdən yaradılmış xüsusi mərkəzlərdə həkimlərin nəzarəti altındadır.

İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, hər gün ölkədə COVID-19 ilə bağlı 6 minə yaxın sınaq aparılır. Gələn həftə testlərin sayı 10 minə çatdırılacaq, iki həftə ərzində isə nazirlik testlərin sayını gündəlik 30 minə çatdırmağı planlaşdırır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 600 min nəfəri keçib, 27 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Tanrıverdi Mustafayevdən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama
››› Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı korrupsiya araşdırmasına başlayıb
Son xəbərlər
Bütün xəbərlər »