Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada koronavirus faciəsi davam edir: daha 651 nəfər öldü

Son günlər koronavirusla bağlı ən pis xəbərlər İtaliyadan gəlir. Bu gün də Avropa dövlətində xeyli ölən olub.

Bizimyol.info xəbər verir ki, İtaliyada daha 651 nəfər virusdan həyatını itirib. Ümumi ölənlərin sayı 5476-ya çatıb.

Bu gün ümumilikdə 5560 yoluxma halı qeydə alınıb. Ümumi say 59 min 138-ə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının son dəqiqələrə olan məlumatına görə, 332 min 148 nəfərdə koronavirus aşkar olunub. Ölənlərin sayı 14 min 436-ya çatıb.

Son xəbərlər
Bütün xəbərlər »