Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlk dəfə pasiyent koronavirusa qarşı eksperimental dərman qəbul edəcək

ABŞ-ın Vaşınqton ştatının Sietl şəhərində Kaiser Permanente Səhiyyə Elmi Tədqiqat İnstitutunda könüllülər qrupunun ilk iştirakçısı eksperimental vaksin dozası qəbul edəcək.

APA AMEA-nın saytına istinadən xəbər verir ki, MRNA-1273 adlandırılmış vaksin ABŞ-ın səhiyyə üzrə milli institutlarının iştirakı ilə “Moderna” biotexnologiya şirkəti tərəfindən hazırlanıb. Onu 18-55 yaş arası 45 sağlam insan qəbul edəcək. Sınaqların ilk mərhələsində tədqiqatçılar vaksinin insan üçün təhlükəsizliyini qiymətləndirəcəklər. Bu mərhələdə SARS-Cov-2 virusuna yoluxma ehtimalı yoxdur.

Preparatın təhlükəsizliyi və qoruyucu xüsusiyyətlərini təsdiq etmək üçün minlərlə insanın sınaqlarına dair məlumatlar, eləcə də bir il yarıma qədər vaxt tələb olunur.

Qeyd edək ki, bu vaksinin alternativlərdən biri xəstəliyin hücumunu 1-2 ay gecikdirəcək “müvəqqəti” vaksinin yaradılmasıdır. Bu üsulla alimlər daha uzun müddətli müdafiənin hazırlaması üçün vaxt qazanacaqlar.

Son xəbərlər
Bütün xəbərlər »