Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib

"Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Rafael Dadaşov dünyasını dəyişdi".

Bizimyol.info xəbər verir ki, bunu Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışır.

Həmin teatrın səhnəsində maraqlı obrazlar yaradıb.

Aktyor bir sıra bədii və televiziya filmlərinə çəkilib.

Rafael Dadaşov 1987-ci ildə Əməkdar artist, 16 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Son xəbərlər
Bütün xəbərlər »