Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi 3-cü yerə yüksəldi - 55-ci penalti qolu

İspaniya La Liqasının 27-ci tur matçında "Barselona” "Real Sosyedad"ı qəbul edib.

"Kamp Nou"da baş tutmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə topu 81-ci dəqiqədə Lionel Messi penaltidən vurub. Bu, argentinalı hücumçunun La Liqa karyerasında 55-ci qolu olub. Argentinalı hücumçu bu göstərici ilə turnir tarixində üçüncü yeri tutur.

Penaltidən vurulan qolların sayında ikinci yeri 1981 - 1992-ci illərdə “Atletiko” və “Real Madrid”də, 1993/1994 mövsümündə isə “Real Sosedad”da oynamış Uqo Sançes tutur. O, 56 penaltini qola çevirib.

La Liqada bu göstərici üzrə lider Kriştianu Ronaldudur. O, 61 penaltini dəqiq yerinə yetirib.(publika.az)

Son xəbərlər
Bütün xəbərlər »