Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun episentrindəki çinlilər dünyadan tam təcrid olunub - Video

Koronavirusun yayıldığı Çinin Vuhan şəhərində insanlar çox çıxılmaz vəziyyətdə qalıblar. Onlar dünyadan tam təcrid olunublar.

Bizimyol.info xəbər verir ki, Vuhandakı insanlar bir-biri ilə yalnız “Tik Tok” vasitəsilə əlaqə saxlayır.

TikTok

Şəhər sakinləri müxtəlif rəqs videoları çəkib paylaşırlar. Mümkün qədər nikbinliyi qorumağa çalışırlar. Amma hökumətin tədbirləri narahatlığa, həyəcana ciddi əsas verir. Şəhərə mümkün giriş-şıxış yolları beton bloklarla bağlanıb. Vuhanlılar nə baş verdiyini tam mənası ilə anlaya bilmirlər. Onlar hər axşam pəncərələrdən bir-birinə səslənir, dəstək olurlar.

Ümumiyyətlə, koronavirusun episentri sayılan Hubey vilayətində vəziyyət yaxşılığa doğru dəyişmir. Xuanqan, Eçjou və Çiba şəhərlərində də karantin elan olunub. Bu şəhərlərin sakinləri yavaş-yavaş qapalı həyata sövq edilir.

Son xəbərlər
Bütün xəbərlər »