Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çindən təxliyyə edilən vətəndaşlarımız xəstəxanalara yerləşdirildi

Xəbər verdiyimiz kimi, Çinin Uhan şəhərindən təxliyyə edilən 42 nəfəri daşıyan Türkiyəyə məxsus hərbi təyyarə Ankaradakı Etimeskut hava limanına eniş edib. Təxliyyə edilənlərin arasında 32 Türkiyə, 6 Azərbaycan, 3 Gürcüstan və 1 Albaniya vətəndaşı var.

Daha sonra onlar 17 təcili yardım avtomobili ilə Dr. Zekai Tahir Burak Xəstəxanasına yerləşdiriliblər. Onların hər biri 14 gün ərzində bir nəfərlik karantin otaqlarında saxlanılacaq və 3 gündən bir müayinə olunacaqlar. Pasiyentlər burada saxlanıldıqları günlərdə birdəfəlik alət və avadanlıqlardan istifadə edəcəklər.

Qeyd edək ki, təxliyyə edilənlərlə yanaşı, onları Türkiyəyə gətirən işçi heyəti, tibb işçiləri də həmin xəstəxanaya yerləşdiriliblər. (Qafqazinfo.az)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Ermənistanın baş naziri vəzifəsinə namizəd: Ordunun bərpasına azı 2-3 il lazımdır
Son xəbərlər
Bütün xəbərlər »