Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus Skandinaviya gəlib çatdı

Koronavirusun coğrafiyası günbəgün artır. Epidemiya Skandinaviyada da aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, Finlandiyanın Laplandiya vilayətində koronavirusa yoluxma qeydə alınıb. Çinin xəstəliyin ilk dəfə tapıldığı Vuhan şəhərindən gələn 32 yaşlı çinlidən götürülən analiz müsbət nəticə verib.

Çinli vətənindən beş gün əvvəl gəlib. Gələndən özünü yaxşı hiss etmirmiş. İlk müayinə vəziyyətin pis olduğunu üzə çıxarıb. Bu gün konkret koronavirus diaqnozu qoyulub.

Finlandiya koronavirusun qeydə alındığı 15-ci ölkə olub. Çindən və Skandinaviya ölkəsindən başqa Avstraliya, Malayziya, Fransa, Almaniya, Kamboca, Nepal, Sinqapur, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ xəstəliyin təşvişini yaşayır. İndiyə qədər 132 nəfər ölüb, 6 min adam koronavirus diaqnozu alıb.

Son xəbərlər
Bütün xəbərlər »