Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin 7 deputatı artıq məlumdur

Naxçıvan Muxtar Respublikasındakı dairələrdə müxalifət də yoxdur

2020-ci il fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyası da getdikcə sona yaxınlaşır. Bu seçkilərdə ən maraq doğuran dairələr ilk növbədə Naxçıvan Muxtar Respublikasındakı seçki dairələridir. Bu günlərdə sosial şəbəkələrdə Naxçıvan MR-dəki dairələrdə namizədlərin az olması müzakirə olundu.

Doğrudan da Muxtar Respublikadakı 6 dairədə cəmi 21 namizəd var. bizimyol.info saytının Mərkəzi Seçki Komissiyasınn rəsmi internet resurslarında yayılmış məlumatlara əsasən verdiyi xəbərə görə, 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək Kəngərli, 4 saylı Naxçıvan şəhər seçki dairələrinin hər birində 3, 5 saylı Şahbuz –Babək, 7 saylı Ordubad-Culfa seçki dairələrinin hər birində 4, 6 saylı Culfa-Babək seçki dairəsində isə 5 namizəd var. Ən az alternativ namizəd olan dairələrdən birində YAP namizədləri oan Naxçıvan Muxtar Respubikası Ali Məclisinin sədri Vasif Talıbov var. Bu 1 saylı dairədir. Dairələrin heç birində özünü aparıcı siyasi partiyalar sayan və seçkilərə qatılmaq qərarı vermiş Müsavat Partiyasının və Respublikaçı Alternativ Ppartiyasının namizədləri yoxdur. Bütün 7 dairənin heç birində müxalifət namizədi ilə iştirak etmir. Vasif Talıbovun və 4 saylı dairədən namizəd olan Milli Mməclisin buraxılmış deputatı Eldar İbrahimovun hər birinin bir “alternativ”i müxalifıt partiyası sayılmayan Böyük Quruluş Partiyasının üzvləridir. Bir dairədə isə namizədlərdən birinin partiya mənsubiyyəti qrafasında VAP yazılıb. Bunun hansı partiya olduğu məlum deyil.

Naxçıvan Naxçıvan

Ən maraqlı dairələrdən biri də Milli Məclisin buraxılmış deputatı və Komitə sədri Ssiyavuş Novruzovun namizdə olduğu dairədir. Novruzovun 3 alternativindən biri Yeni Azərbaycan Partiyasının üzvüdür. Cəmiyyətə bitərəf kimi təqdim olunan Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, Prezidentin sabiq köməkçisi Əli Həsənovun qudası Səttar Möhbalıyevin namizəd olduğu dairədə isə iki YAP-çı mandat uğrunda “mübarizə aparır”.

Seçki kampaniyası hələ davam etsə də, Milli Məclisin yeni tərkibinin Naxçıvan Muxtar Respublikasından olan üzvləri artıq məlumdur. Bunlar: Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, özünü buraxdırmış Milli Məclisin deputatı Eldar İbrahimov, özünü buraxdırmış Milli Məclisin deputatı və ictimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini və ombudsman Səbinə Əliyevanın həyat yoldaşı Siyavuş Novruzov, özünü buraxdırmış Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva və Naxçıvan MR Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyevdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »