Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Tramp: "Demokratlar impiçment prosedurunu bayağılaşdırırlar"
donald_tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Demokrat Partiyasının tərəfdarları impiçment prosedurunu bayağılaşdırırlar.

Bu barədə RİA "Novosti" məlumat yayıb.

"Bu fırıldaqçılıqdır. Bu elə şeydir ki, ona yol vermək olmaz. Bu, bizim ölkəmiz üçün çox pisdir. Siz impiçmenti bayağılaşdırırsınız. Budur sizə deyirəm: bir dəfə burada demokrat prezident olacaq və palata (Nümayəndələr) respublikaçılardan ibarət olacaq. Şübhələnirəm ki, onlar bunu xatırlayacaqlar", - deyə o, Ağ Evdə Paraqvay prezidenti ilə danışıqların başlanmasından əvvəl deyib.

"Bu, çoxdan çox başlanmış yalandır", - Tramp əlavə edib.

Cümə günü ABŞ Nümayəndələr Palatasının Məhkəmə komitəsi Trampın impiçmentinin iki maddəsini təsdiq edib. Bu maddələr hakimiyyətdən sui-istifadə və qanunvericilərin işinə mane olmaqdan ibarətdir. Maddələrin lehinə 23 Konqres üzvü (demokratlar) səs veriblər. Konqresin 17 üzvü (respublikaçılar) ona qarşı çıxıb. Növbəti səsvermə palatanın bütün tərkibinin iştirakı ilə, növbəti həftəyə planlaşdırılıb. (Report.az)

Paylaş »
››› Seçici görüşə gələn deputatı biabır etdi - Video
››› Xristianlığı qəbul edən 5 türk xalqı - Fotolar
››› "Aztelekom" məhkəməyə verildi – Müştəriləri “oğurladığına” görə
››› Bir ailənin 3 üzvünün öldüyü qəza yerindən görüntülər - Video
››› Müsəlmanlara qarşı hörmətsizlik edən şirkət cəzalandırıldı

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »