Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İran Fransa vətəndaşlarını azad etmək niyyətində deyil
İran

İran hökuməti saxladıqları Fransa vətəndaşlarını azad etmək niyyətində deyil.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Fransa prezidenti Emanuel Makronun ötən gün səsləndirdiyi bu tələbin qəbuledilməz olduğunu bildirib.

Iran XIN - Abbas Musevi

“İranın suveren ölkə olduğunu fransızlar unutmasınlar. Nə hökumətimiz, nə də məhkəmələrimiz kimdənsə məsləhət almır. Daxili işlərimizə müdaxilələr bizim üçün yolverilməz sayılır”, - A.Musəvi deyib.

Xatırladaq ki, “Science Po” Siyasi Araşdırmalar İnstitutunun əməkdaşları - Fransa vətəndaşı Roland Marşal və Fransa və İran vətəndaşı Fəribə Adilxah ölkənin milli təhlükəsizliyinə xələl gətirməkdə ittiham edilərək müvafiq olaraq bu ilin iyul və oktyabr aylarında həbs edilmişdilər. Bunu “yolverilməz vəziyyət” kimi dəyərləndirən Fransa Xarici İşlər Nazirliyi qarşı tərəfi dəfələrlə həmin şəxsləri azad etməyə çağırıb. (Report.az)

Paylaş »
››› Stalinə cəbhədən qəzəbli məktub yazan müsəlman əsgərin taleyi necə olub... - Foto
››› Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı
››› Tehran aeroportu işini dayandırdı
››› Qarlı hava üzündən avtomobillər yolda qalıblar
››› Lerikdə qarın hündürlüyü 55 sm olub - Faktiki hava

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »