Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda kişilər ailə qurmağa tələsmirlər - 29 ilin rekord göstəricisi
192304---000

Azərbaycanda rəsmi nikaha daxil olan kişi və qadınların orta yaş həddi artıb.

Rəsmi nikaha daxil olan kişilər arasında ən yüksək orta yaş həddi 2018-ci ildə qeydə alınıb.

Belə ki, bu, son 29 il ərzində qeydə alınan ən yüksək yaş həddidir. 2018-ci ildə nikaha daxil olan kişilərin orta yaşı 29, qadınlar da isə 24 olub.

Aparılan statistikaya görə, ölkədə 1996-2009-cu illərdə kişilər üçün orta nikah yaşı 28,6 olub. 2017-ci ildə bu yaş göstəricisi bir qədər də artıb və həmin ildə rəsmi nikaha girən kişilər arasında orta yaş həddi 28,8-ə, 2018-ci ildə 29-a yüksəlib.

2018-ci ildə Azərbaycanda rəsmi nikaha daxil olan qadınlar arasında da orta nikah yaşı artıb. Belə ki, 1991-2011-ci ilə qədər ölkədə qadınlar arasında nikaha daxil olanların orta yaş həddi 23 olduğu halda, 28 il sonra ötən il bu yaş həddi 24-ə çatıb. Qeyd edək ki, bu göstərici həm də 1990-cı il üzrə də qeydə alınıb.

Birinci nikaha daxil olan kişi və qadınların orta yaş həddində də müəyyən qədər artım müşahidə olunub. Belə ki, 20 il əvvəl ilk dəfə nikaha daxil olan kişilər arasında orta yaş həddi 25-26, qadınlar arasında isə 22-23 olub. 2000-2018-ci ildə isə ilk dəfə nikaha daxil olan kişilər arasında orta yaş həddi 28, qadınlarda isə 24 olub.(oxu.az)

Paylaş »
››› Yol polisi sürücüləri "tələ"yə salır: Görüntülərlə bağlı rəsmi açıqlama - Video
››› Vilayət Eyvazov əmr imzaladı: Yol Polisi rəisi işdən çıxarıldı
››› Milli Məclisin 7 deputatı artıq məlumdur
››› Bakıda sürücülərə tələ quran polislərin kimliyi açıqlandı - Video
››› Trampın gizli videosu yayıldı: Vəziyyəti daha da çətinləşdi - Video

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »