Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toya gedirdilər, qəzaya düşdülər: 6 yaralı

Toya gedən avtomobillər toqquşub, 6 nəfər xəsarət alıb.

Hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunda, Göyçayın Bığır kəndi ərazisində baş verib. Minik avtomobili ilə Göyçayın Qaraməryəm kəndindən rayon mərkəzində keçirilən toy mərasiminə gedən kənd sakinləri, qarşı tərəfdən gələn digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində Qaraməryəm kənd sakinləri 1964-cü il təvəllüdlü Abbasov Əmirşah Aslan oğlu, 1964-cü il təvəllüdlü Abbasova Qənimət Xəlil qızı, 2007-ci il təvəllüdlü Seyidov Rövşən Əziz oğlu, 1981-ci il təvəllüdlü Seyidov Əziz Musa oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Samir Sabir oğlu, 2004-cü il təvəllüdlü Məmmədzadə Elmir Samir oğlu Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »