Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldonu heyətdən çıxardılar

Kriştiano Ronaldonun “Yuventus”la problemləri dərinləşir. Baş məşqçi Mauritsio Sarri onu heyətdən çıxarıb.

Bizimyol.info xəbər verir ki, Ronaldo İtaliya çempionatının növbəti turunda meydana çıxmayacaq. Sarri onun adını “Atalanta” ilə səfər oyununun iştirak ərizəsinə salmayıb.

Mauritsio Sarri Mauritsio Sarri

Ronaldonun problemləri noyabrın 10-da baş qaldırıb. Həmin gün “Milan”la qarşılaşmadan narazı qalan portuqaliyalı Sarrini təhqir etmişdi. Sonradan “Yuventus”un futbolçuları Ronaldonun üzr istəməsini tələb kimi ortaya qoymuşdu. Portuqaliyalı isə aranı başqa cür sakitləşdirmək qərarına gəlmişdi. Noyabrın 18-də bütün futbolçuları evinə qonaq çağırmışdı. Amma hadisələrin gedişi göstərir ki, Turin klubunda Kriştianonu bağışlamayıblar.

Son xəbərlər
Bütün xəbərlər »