Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Psixopatların niyə daha xarizmatik hesab edildiyi bəlli oldu

Daha əvvəl aparılan bir araşdırma qadınların psixopatları daha xarizmatik hesab etdiklərini aşkarlayıb.

Araşdırmalar psixopat adlandırdığımız psixoloji problemli insanların niyə qadınlar tərəfindən daha xarizmatik hesab edildiyini müəyyən edib. Səbəbi araşdıranlar maraqlı nəticə ilə qarşılaşıb.

Bizimyol.info xəbər verir ki, Kandada aparılan araşdırma nəticəsində qadınların psixopat kişiləri niyə daha xarizmatik hesab etdikləri bəlli olub. Araşdırmanın nəticəsinə görə psixopatlar özgüvəni yüksək olduqları və doğru zamanda doğru ifadələr işlətməyi bacardıqları üçün xarizmatik hesab edilirlər.

Bəs görəsən, araşdırmanı aparanlar bu səbəbi necə açıqlayır?

Mütəxəssislərin sözlərinə görə, psixopatların adətən mənəvi dəyərləri olmur. Yəni, mənəvi dəyərlər onları maraqlandırmır. İstədiklərini əldə etmək üçün onları saxlayacaq duyğular, hərhansısa insani prinsiplər olmur. Lakin bunu bilsək də, "niyə psixopatlara meyilli oluruq?" sualını cavablayan mütəsəxssislərin sözlərinə görə, onlar adətən sahib olduqları özgüvəndən istifadə edirlər. Psixopatların qarşılarındakı insanı təsir altına salmaq bacarığı yüksək olur. Sizə necə təsir edəcəklərini və növbəti mərhələdə bu təsiri necə davam etdirəcəklərini çox yaxşı bilirlər. Xoş və səmimi görünmək üçün əllərindən gələni edir, fikirlərinizi qarışdırırlar.

Buna görə də mütəxəssislərin fikrincə, ətrafınızdakı hədsiz özgüvənli, olduqca ideal görünən insanlara qarşı hər zaman diqqətli olmaqda, bunu daim ağlınızın bir küncündə saxlamaqda fayda var.

Aləmdə Nəsib

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »