Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Nazirin yeni müavini Şahin Mustafayev kimdir? - Dosye

Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Şahin Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilib.

Bizimyol.info Modern.az-a istinadən Şahib Mustafayevin tərcümeyi-halını təqdim edir.

Şahin Abdulla oğlu Mustafayev 1965-ci ildə anadan olub. 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

1991-1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb. 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb. 2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub.

2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib. 2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub.

2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib. 2008-ci ilin oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək iqtisadi inkişaf naziri, 2013-cü ilin oktyabrın 22-dən 2016-cı ilin yanvarın 15-dək iqtisadiyyat və sənaye naziri olub.

2016-cı ilin yanvarın 15-dən bu günə kimi iqtisadiyyat naziri işləyib.

Ailəlidir, 3 övladı var.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Avqustun 2-nə olan hava proqnozu
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
Son xəbərlər
Bütün xəbərlər »