Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
27 paraşütçü “Skybridge” körpüsündə rekord atlayış etdilər - Video

Rusiyanın Soçi şəhərində beyscampinq üzrə yeni dünya rekordu qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, “Life” məlumatına görə, “Skybridge” körpüsündən eyni zamanda 27 paraşütçü tullanıb.

Son 4 gün ərzində 207 metr hündürlüyü olan körpü Rusiya, Fransa, Hindistan, Braziliya, ABŞ, Britaniya və Türkiyədən 50 paraşütçünün yarış meydançası olub. Son gündə isə 27 nəfər bir yerdə körpüdən tullanıb.

Bu idman növü üzrə son dünya rekordu da elə Soçidə qeydə alınıb. Ötən il 26, əvvəlki il isə 25 paraşütçü ilə qeydə alınmış rekord bu il 27-yə çatıb.

Belə uğurlu atlayış hər vaxt qeydə alınmaya bilir. Bu yaxınlarda videoçəkiliş edərək atlanan paraşütçü uğursuz eniş zamanı ayağını sındırmışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »