Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Begemot sayəsində gələcək övladının cinsiyyətini öyrəndi - Video

Gələcək ata, begemot sayəsində övladının cinsiyyətini öyrənib.

"Bizimyol.info"nun məlumatına görə, "missbreton" adlı istifadəçinin Twitter mikrobloquna paylaşdığı videogörüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Belə ki, Amerikanın Texas ştatında yerləşən zooparkda Conatan Cozef adlı şəxs, çənəsi açıq vəziyyətdə olan begemota qarpız atıb. Heyvan qarpızı dişlədikdikdən sonra, meyvədən, uşağın cinsiyyətini bildirən göy rəngli boya axıb.

Qarpızdan axan göy rəngli boyaları görüb sevinən Conatan, həyat yoldaşı Bricitə sarılıb.

İzləyiciləri isə gələcək atanın sevincini bu cür bölüşüb: "Uşağı qız olsaydı, məyus olacaqdı?" ; "Bu dəhşətdir... Görün, sırf oğlu olacaq deyə necə də sevinir..." ; "Uşağın cinsiyyətini öyrənmək üçün heyvana boya yedizdirdilər!"

Adelya

Son xəbərlər
Bütün xəbərlər »