Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Amazon cəngəlliklərində qədim şəhər tapdılar
2019-09-11_232954

Braziliyalı arxeoloqlar yeni tapıntı haqqında məlumat yayıblar. Onlar Amazon cəngəlliklərində qədim şəhər aşkar etdiklərini bildirirlər.

Bizimyol.info xəbər verir ki, şəhər hələ 3 min il əvvəl mövcud olub, yetərincə inkişaf edibmiş. Amazonas ştatındakı qədim yaşayış massivinin aşkar olunmasında ispan keşiş Qaspar de Karvaxalın 16-cı əsrdəki qeydləri böyük rol oynayıb. O, Amazon çayı boyunca xeyli yeri gəzmiş, hindu qəbilələrinin kəndləri haqda yazmışdı.

Keşişin yazdıqlarından belə anlaşılır ki, indi sıx meşənin içində görünməz olan yerdə o vaxt xeyli insan yaşayırmış. 40 tədqiqatçının yer aldığı ekspedisiyanın gəldiyi nəticə də yazılanlara uyğundur. Orada daha qədim sivilizasiyanın izlərini aşkar ediblər.

Araşdırma göstərir ki, yaşayış massivində evlər kortəbii tikilməyib, müəyyən memarlıq elementləri hiss olunur. Burada kənd təsərrüfatı yaxşı inkişaf edibmiş. Məsələn, qədim şəhərdə böyük, təxminən 500 metr uzunluğunda Braziliya qozu bağı olduğu üzə çıxıb. Hiss olunur ki, bağa ayrıca adam qulluq edirmiş.

Şəhərin qalıqları arasında qab-qacaq, keramik əşyalar da tapılıb.

Paylaş »
››› Xamneyidən benzinin bahalaşmasına reaksiya
››› Azərbaycanlı millət vəkilinə növbəti ağır itki
››› İmamoğludan xanımının geyimini tənqid edənlərə cavab
››› Rus tarixçi sevgilisinin başını mişarla kəsdi - Dünyanı sarsıdan qətlin təfərrüatları
››› Saakaşvilidən azərbaycanlılara çağırış: "Təxribatlara uymayın!"
Son xəbərlər
Bütün xəbərlər »