Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu dəfə yol polisinin özü səhv etdi – Foto

Baş Dövlət Yol Polisi İdarəsinə edilən müraciətə verilən cavab vətəndaşı təəcübləndirdi.

Bizimyol.info xəbər verir ki, vətəndaş Cəfərov Rüstəm Əlismayıl oğlu yol hərəkəti qaydasını pozan avtomibilə gələn cərimə ilə bağlı etiraz edib.

“Etiraz məktubumu Baş Dövlət Yol Polisi İdarəsinə göndərdim. Müraciətdə bildirdim ki, yol hərəkəti qaydasını pozan avtomobili mən sürməmişəm, xahiş edirəm protokolu sürənin vəsiqəsinə yönləndirin. Sürən filankəsdir. Sürən şəxs də idarəyə “Bəli, mən sürmüşəm” yazaraq müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsi müraciətimi Binəqədi Dövlət Yol Polisinə göndərib. Binəqədi rayon Polis İdarəsi də işi araşdırmadan, kiməsə vaxtı ilə yazılan hazır, standart cavaba mənim avtomobilimin nömrəsin yazıb göndərib. Amma adları və yazılan protokolun nömrəsini və mövzunu dəyişməyi unudub”,-deyə R.Cəfərov bildirib.

O, müraciətinə obyektiv baxılmadığını iddia edərək, ona aidiyyatı olmayan məktubu onaə göndərdikləri üçün Binəqədi rayon Polis İdarəsini qınayıb.

Bizimyol.info

polisin səhvi

Bu dəfə yol polisinin özü səhv etdi

Son xəbərlər
Bütün xəbərlər »